🇦🇿 Almaniyadan deportasiya olunanlar Bakıda DTX tərəfindən istintaqa cəlb edilib. Aprelin 28- də Düsoldofdan deportasiya olunan 50 ailə Atletlər kəndində pandemiya bəhanəsi ilə izolyasiya edilib. Qayıdanlardan Almaniyaya niyə getdiklərini, hansı iş gördüklərini və Almaniyada olan siyasi mühacirlərlə bağlı suallar verilir. Aldığımız məlumata görə, DTX qayıdanların Almaniyadakı siyasi fəaliyyətini yoxlayır. Həmin şəxslərin aksiyalarda iştirakı, mühacir təşkilatları ilə əlaqələri araşdırılır. Alman hpküməti ilə Azərbaycan höküməti arasında əldə edilən razılığa əsasən deportasiya edilənlər təqibə məruz qalmamalıdır. Bu barədə Alman höküməti və beynəlxalq təşkilatlar məlumatlandırılacaq. Almaniya hökümıti bilməlidir ki, deportasiya edilən şəxslərə görə mənəvi məsuliyyət daşıyır. Bu barədə məlumatı Almaniyada yaşayan siyasi mühacir AND hərəkatının fəali Zamin Əhmədov verib. Zamin bəyin qaynanası Könül Kərimova dindirilənlər arasındadır. Artıq 2 dəfə ifadə verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.