Azərbaycanda mövcud avtoritar hakimiyyət insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozmasını, söz və ifadə azadlığının məhdudlaşdırmasını, alternativ fikirə qarşı sərt təpki göstərməsinı, siyasi opponentlərin sıradan çıxarılmasını adı hala çevirmişdir. Bü gün Azərbaycanda dövlət qanunlarla deyil, hakimiyyətdə olan şəxslərin istəklərilə idarə olunur. İnsanlar tənqidi fikirlərinə görə təqib və təhdid olunur, əskər hallarda həbs olunur və işgənəclərlə üzləşir. Azərbaycanda baş verən qanun pozuntuları nüfuzlu beynəlxalq təşkiltların hesabatlarında, o cümlədən ABŞ Dövlət Departamentinin sonuncu illik rəsmi hesabatında əksini tapmişdir.
Azərbaycan hakimiyyəti Qarabağ münaqişəsinin həlli zamanı qazandığı uğurlardan istifadə edərək, siyasi rəqiblərinə və alternativ fikirə qarşı daha da aqressiv olunmuşdur. Dövlət strukturları İlham Əliyevin tapşırığı əsasında müxalifətə qarşı, xüsusilə Milli Şuranın üzvlərinə qarşı demokratik dəyərlərə və etik normalara sığmayan üsullarla mənəvi, psixolji və fiziki təzyiqlər göstərir. Artıq Azərbacyan hakimiyyəti rəqiblərini siradan sıxarmq üçün aktiv müxalifət partiyası üzvlərinin və yaxın qohumlarının intim vidosunu yayamaqla, dünyada analoqu olmayan mübarizə üsuluna əl atmışdır. Belə ki, Azərbaycanda ən böyük müxalifət birliyi hesab olunan Milli Şuranın sədri, Demokratik Qüvvələrin Milli Şurasının Azərbaycan Respublikası prezidentliyinə keçmiş namizdəi, dünya şöhrətli alim, professor Cəmil Həsənlinın qızı Günel Həsənlinin şəxsi həyatına müdaxilə edilmiş, onun intim viedosu yayılmışdır. Bu çəklişi xüsusi plan əsasında həyata keçirən Azərbacyan Respublikasının Dövlət Təhülkəsizlik Xidmətinin rəhbərliyinin məqsədi, Milli Şuranın sədri, professor Cəmil Həsənliyə qarşı mənəvi və psoxloji təsir göstərmək, onu nüfuzdan salmaq, onun siyasi fəaliyyətinə zərbə vurmaq və mübarizədən cəkindirməkdir.
Bundan başqa hazırda həbsdə olan və aclıq aksiyası keçirən jurnalist Əfqan Sadıqovun evinə JEK-in (Mənzil İstismar İdarəsi) əməkdaşları vasitəsilə kamera yerləşdirilərək, xanımı Sevinc Sadıqovanın intim görüntülərini çəkərək şantaj etməklə hədələyirlər. Sevinc Sadıqovaya açıq şəkildə bildirilib ki, hakimiyyətə qarşı tənqidi fikirlırini və jurnalist fəaliyyətini dayandırmayacağı təqdirdə cəkilmiş intim videoları ictimayyət arasında yayımlancaq.
Daha bir siyasi basqı faktı Azərbaycan Xalq Cəbhəsi Partiyasının təəssübkeşi Laçın Vəliyevə qarşı martın 20-də Sabunçu rayonu ərazisində baş verib. O siyasi fəaliyyətinə görə həbs edilib və ona qarşı Cinayət Məcəlləsinin qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma və həm də külli miqdarda törətmnəklə maddəsi ilə ittiham irəli sürülüb. Bu saxta ittiham “sübut” olunarsa Laçın bəyi əmlakı müsadirə olunmaqla beş ildən on iki ilədək həbs cəzası gözləyir.
İttiham elan edilməmişdən öncə Laçın Vəliyev bir neçə dəfə saxlanılıb və ondan 14-15 iyul Qarabağ mitinqinə görə həbs edilmiş Azərbaycan Xalq Cəbhəsi Partiyası fəallarının əleyhinə ifadə verməsi tələb olunub. Buna razı olmadıqda ona qarşı ittiham irəli sürülüb. Konkret olaraq ondan Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü Bəxtiyar İmanova qarşı ifadə vermək tələb olunub.
Qurama ittihamı “sübuta” yetirmək üçün polis orqanları son vaxtlar ənənəyə çevirdikləri ailə həyatının intim görüntüləri ilə Laçın Vəliyevi təhdid edib. Onun evində quraşdırılmış gizli kamera ilə çəkilmiş ailə həyatının yataq görüntülərinin ictimailəşdiriləcəyi təhdidi altında Laçın bəy narkotika ittihamını qəbul etməyə məcbur edilib. Laçın Vəliyevə ailəsi ilə bağlı sarsıdıcı video göstəriblər və “o, öz həyat yoldaşı ilə görüntülərini görər-görməz bayılıb, sonradan “nə istəyirsiniz, gətirin, qol çəkirəm…” deyərək, irəli sürülən qurama narkotika ittihamı ilə razılaşıb.
Budnan başqa Azərbaycan hakmiyyəti xaricidə olan siyasi fəalları və blogerlərə susdurmaq üçün onlara qarşı təhdid, psoxoloji və zoraklıq tədbirlər həyata keçirir. Belə ki, Fransada mühacir həyatı yaşayan Məhəmməd Mirzəli, yaşadığı Nantes şəhərində bıçaqla hücum edilib və ona ən az 16 bıçaq zərbəsi vurulub. Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Fransada mühacir olan blogger Məhəmməd Mirzəlinin bıçaqlanması barədə bəyanat verərək, Fransa hökümətindən günahkarların tapılması və cəzalndırıılması tələb edir. Baş vermiş hadisə ilə bağlı Fransanın məhşur qəzetləri “Presse Ocean”, Le Monde yanaşı, digər qəzetlər bu faktı təsdiq etmişdir. Blogger biçaqlanamışdan öncə, onun bacısının intim vidosu Dövlət təhlüksəzilik orqanlarının əli ilə sosial şəbəklərədə yayılmışdır.
Bundan başqa 2017-ci ilin may ayında Azərbacyan Respublikası Baş Prokurorluğu, , Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə bəyanat verərək, Azərbaycanda bir qrup hərbçinin Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluq ittihamı ilə tutulduğunu bildiridlər. Bu proses zamanı, ( Azərbaycan cəmiyyətində bu “Tərtər İşi” kimi qeyd edilir) Azərbaycan Silahlı Qüvvələrinin yüzlərlə əsgər və zabiti istintaqa cəlb edilib və işgəncələrə məruz qalib. Onlardan 9 nəfəri işgənəclərə dözməyərək dünyasını dəyişmişdir. İstintaq zamanı işi araşdıran tədqiqatçılar və müstəntiqlər əsgər və zabitlərdən “etrafedici ifadələr” almaq üçün aşağıdakı işgəncə metodlarından istfadə etmişdir:
Fiziki işgəncələr
- əl və ayaq barmaqlarının dırnaqlarının çıxarılması;
- dirnaqların çıxarılan yerdən elektrik cərəyanı keçirilməsi;
- əllərindən asıb ayaqlarına elektrik cərəyanı ötürmək;
- damaq, diş və qulaqlara elektrik cərəyanı vermək;
- lüt bədənə dayanmadan su tökərək yaş bədənə elektrik cərəyanı vermək;
- dəmir çarpayı və sulu döşəkdə lüt uzandıraraq bədənə elektrik cərəyanı vermək;
- plyonka və plastiki yandıraraq kürəyə basmaq;
- yanan yerə duz, istiot, spirt tökmək;
- bütün dişlərini tikintidə istifadə edilən kəlbətinlə çıxarmaq;
- cinsiyyət orqanını məngənə ilə sıxmaq;
- butulka və ya dəmir parçasını arxadan anus dəliyinə soxaraq alçaltmaq;
- ağzın qulağa qədər hissəsini cırmaq
Mənəvi və psoxloji işgənəclər;
- müstəntiqlər tərəfindən hazırlanan izahatlara qol çəkməyən hərbiçilərin yaxın qohumlarını və ailə üzvlərini həbsxanaya gətitirək, qol çəkmədiyi halda zorlanma ılə təhdid olunuma;
- Saxılan şəxslərin ogullarını gətirərək, atalarının üstünə sidik ifraz edilməsi tələb edilimişdir.
2017-ci ildən bü günə qədər qapalı qalmış hadısiənin bir müddət sonra 2019-ci il də ictimayyətə açıqlayan hüquq müdafiçisi Siyasi Məhbusları Müdafiə Mərkəzinin (Zentrum für den Schutz von politischen Gefangenen) rəhbəri Oqtay Gülalıyevdə hakimiyyətin sifarışı əsasında “avtokiller” vasitəsilə 2019-cu il oktyabrın 29-da avomobilə vurulmuş və bu günə qədər aldığı xəsarət üzündən komadan ayılmamışdır.
Bügün isanlığa sığmayan bu işgəncə faktları Azərbaycan cəmiyyətinin narhatlığına səbəb olan mövzusu olsa da, Azərbaycan hakimiyyəti bu hadisəni obyektiv araşdırıb, günahkarların cəzalandırılması niyətində deyildir.
Bütün bunlar göstərir ki, Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması, insanların siyasi sifarişlər əsısnda şərlənərək həbs olunması, dəhşətli işgənəclərə məruz qalması adı hala çevirilmişdir. Bu isə Azərbaycan dövlətinin Konstitusiyasinin və qanunlarının kobud şəkildə pozulmasıdır və dövlətin qoşulduğu beynəlxalq Konvesniylara əməl olunmamasışdır.
Bunları nəzərə alaraq, biz bu sənədə imza atanlar aşadağı tələbləri sürürük:
- Demokratik ölkələr, Azərbaycan hakimiyyətinə insan hüquq və azadlıqlarının təmin olunmasına dair cağrışlar etsin;
- İnsanlara, xüsusi ilə siyasi fəallara qarşı işgəncə hallarına son verilsin və bunu edənlərin cəzalandırlması tələb olunsun;
- İnsanların şəxsi həyatına müdaxilələrin dayandırılması və bu hadisədə iştirak edən şəxslərin cəzaladırlmasına cağrışlar edilsin;
- Azərbaycanda insan hüquqlarını pozan, vətəndaşlara işgəncə tətbiq edən və işgəncələrə əmr verən məmurlarlara qarşı sanksiyalar tətbiq edilsin;
- “Tərtər İşi” adı altında aparılan cinayət işinə yenindən baxılsın və cinayət işi obyektiv araşdırlsın, günahkarlar cəzalandırılın;
- Dünyanın nüfuzlu dövlətləri – ABŞ, İngiltərə, Almaniya və nüfuzlu beynəxalq təşkialtları – BMT, Avropa Birliyi, Avropa Şurası insan hüquqlarının pozulmasında iştirak edən məmurlara qarşı sanksiyaların tətbiq edilməsi üçün əməli tədbirlər həyata keçirsin.