Almaniyada yaşayan siyasi fəallar 4 fevral 2022-ci il tarixində Azərbaycan Respublikasının Berlin şəhərində yerləşən səfirliyinin önündə “Diktatura Yox, Siyasi Məhbuslara Azadlıq” adlı etiraz aksiyası keçiriblər. Etiraz aksiyasında çıxış edən Məmməd Qarayev, Rafiq Təmrazov, Əmrah Verdizadə və Elçin Qasımov Azərbaycanda baş verən siyasi hadisələri göz önünə gətirərək onlara azadlıq tələb ediblər. Almaniyada Azərbaycan deportasiya olunmuş və orda saxta narkotik iddihamı ilə həbs olunub işgəncə görən Mütəllim Oruc, Samir Aşurov, Malik Rzayev, Cəfər Mirzəyev və Pünhan Kərimliyə xüsusi diqqət tələb edən aksiya iştirakçıları Azərbaycan hakimiyyətindən adları sadalanan şəxslərin azad olunmasını tələb ediblər.
Video: https://www.facebook.com/DAS.Aserbaidschan/videos/491073602413821/