16 iyun 2023-cü il tarixdə bir qrup DAS üzvü Berlin şəhərində Almaniya Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikası səfirliyi önündə “Emin Məlikova və digər siyasi məhbuslara azadlıq” çağırışıyla aksiya keçirmişlər. Mitinq iştirakçıları öz müraciətlərini Almaniya Xarici İşlər Nazirliyinə təqdim etmişlər. Müraciətdə əsasən Almaniadan deportasiya edilərək Azərbaycanda həbs dilmiş, ağır işgəncələr almış və bunun nəticəsində fiziki və əqli sağlamlığını itirmiş Emin Məlikovun və digər siyasi məhbusların azad edilməsi üçün Azərbaycan hökumətinə təzyiqlərin göstərilməsi tələb edilir. Sənəddə qeyd olunmuşdur ki, Almaniyadakı siyasi fəaliyyətinə görə Azərbaycanda həbs edilmiş Mütəllim Orucov və Malik Rzayevə 7 il, Cəfər Mirzəyev və Pünhan Kərimliyə 6 il həbs cəzası verilmiş, Samir Aşurovun və Anar Əliyevin isə məhkəməsi davam etdirilir. Mitinqdə Əmrah Verdizadə, Vüsal Hüseynov, Oktay Allahverdiyev, Hacı Kəlpəlizadə, Rəhim İbrahimov, Vüqar Əliyev, Elçin Qasımov və digərləri çıxış etmişlər. Azərbaycan Respublikası səfirliyi önündə isə iştirakçılar daha çox “siyasi məhbuslara azadlıq” çağırışı etmişlər