Almaniyadan deport edilərək Azərbaycanda həbs edilmiş və ağır işgəncələr almış Mütəllim Orucov və Malik Rzayev haqqında Almaniyanın aidiyyatı dövlət orqanlarına və beynəlxalq insan hüquqları təşkilatlarına
DAS (Demokratik Azərbaycanı Seç) təşkilatının
M Ü R A C İ Ə T İ
DAS təşkilatı 2018-ci ildə Almaniyada azərbaycanlı siyasi mühacirlər tərəfindən yaradılmış ictimai təşkilatdır. Təşkilat Azərbaycanda insan hüquqlarının pozulmasına qarşı kütləvi tədbirlər keçirir, ictimai məlumatlandırma edir, insan hüquqları üzrə aidiyyatı orqanlara müraciətlər göndərir və s.
Hal-hazırda təqdim etdiyimiz müraciətdə isə Almaniyada siyasi mühacir həyatı yaşamış, lakin həm Almaniya Mqirantlar və Qaçqinlar üzrə Fedaral İdarə (BAMF), həm də Bayreut İnzibati Məhkəməsi tərəfindən sığınacaq istəyi rədd edilmiş iki şəxs haqqında məlumat vermək istərdik. Deməliyəm ki, hər iki şəxs – həm Mütəllim Orucov, həm də Malik Rzayev hal-hazırda Azərbaycanda həbsdədirlər, barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234. maddəsinin müvafiq bəndləri (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə cinayət işi açılıb.
- Mütəllim Orucov
Azərbaycan Respublikası vətəndaşı, 20.07.1969-cu ildə doğulub
Quba rsayonu, Aşağı Atuc kəndi
Almaniyada yaşadığı ünvan: Eichleitnerstrße 18, 86199 Augsburg
- Malik Rzayev
Azərbaycan Respublikasının vətəndaşı, 09.02.1974-cü ildə doğulub
Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi
Almaniyada yaşadığı ünvan: Geisfelder straße 98, 96050 Bamberg
Mütəllim Orucov 2003-cü ildən siyasi müxalifətə qoşulub və 2017-ci ilə qədər Azərbaycanda yaşayıb. Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olduğuna və siyasi fəaliyyətinə görə dəfələrlə polisə aparılma, təhdit və həbs edilmə ilə hədələnib, ondan siyasi fəaliyyətinin dayandırılması tələb edilib. Nəticədə M.Orucov özünün kiçik biznes fəaliyyətini dayandırmağa məcbur olmuşdur. M.Orucov 2017-ci ilin may ayında Almaniyaya gəlib və sığınacaq üçün müraciət edib. O, Almaniyada yaşadığı dövrdə də Azərbaycan hakimiyyətinə qarşı siyasi fəaliyyətini davam etdirib. Demək olar ki, Almaniyada siyasi mühacirlərin keçirdikləri bütün “siyasi məhbuslara azadlıq”, “diktaturaya son” və s. çağırışlı mitinqlərdə iştirak edib, sosial şəbəkələrdə daim hakim rejimi və ölkə başçısı İlham Əliyevi sərt tənqid edib. Bu onun facebook səhifəsində də açıq görsənir.
https://www.facebook.com/profile.php?id=100009167960573
Buna baxmayaraq Almaniya Miqrasiya İdarəsi (BAMF) və Bayreut Məhkəməsi M.Orucovun siyasi sığınacaq istəyinə mənfi cavab verdikdən sonra onu 01.06.2021-ci ildə Azərbaycana deportasiya edib. M.Orucov Bakıda pandemiya ilə əlaqədar saxlanıldığı 14 gün karantin müddətində artıq dindirilmiş və təhdit olunmuşdur. O, bu barədə ictimai şəkildə yazmasa da, ailə üzvlərinə məlumat vermişdir. Karantin müddəti bitdikdən sonra da, dəfələrlə həm qeydiyyatda olduğu Quba rayonunda polis şöbəsinə çağırılmış, həm də Bakıda Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən dindirilmişdir. 22.10.2021-ci ildə növbəti dəfə Quba rayon Polis Şöbəsinə aparılan M.Orucov yenidən dindirilmiş, təhqir edilmiş və ondan xaricdə olan fəallar barəsində məlumat soruçulmuşdur. Sonra ondan beş min manat tələb edilmiş, imtina cavabı aldıqdan sonra axşam saat 23-də evə buraxmışlar. Ertəsi gün M.Orucov yaşadığı Quba rayon Aşağı Atuc kəndinin bələdiyyə işçisi Hacıyev Tural tərəfindən görüşə çağırılmış və 5 gün sonra vəkil Nemət Kərimli bildirmişdir ki, o, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. Saxlanılmağa səbəb isə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 234. Maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə cinayət işi açılmış və barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilmişdir.
3 noyabr 2021-ci ildı Bakı Appelyasiya məhkəməsində Mütəlim Orucovun həbs qəti-imkan tədbirinin dəyişdirilməsiylə bağlı şikayətinə baxılarkən, o bildirib ki, Quba rayon polis şöbəsində ona işgəncə veriblər. Gün ərzində davamlı şəkildə döyərək izahata qol çəkməsini tələb ediblər. Mütəllim Orucov ifadəni imzalamaqdan imtina etdilkdən sonra onu soyundurublar və zorayacaqları ilə hədələyiblər. Bundan sonra Mütəllim Orucov ifadəyə imza atıb. Məhkəmədə Mütəllim Orucov ifadəni işgəncə və şantaj altında verdiyini bildirib. O bildirib ki, konkret olaraq Bəhruz Bədəlov adlı polis əməkdaşı gəlib və onu soyundurduqdan sonra zorlayacağı ilə hədələyib.
M.Orucun başına gələnlərlə bağlı vəkilinin ictimai statuslarını və digər informasiya resurslarını da təqdim edirik.
https://www.facebook.com/nemat.karimli/posts/4217303891729447
https://www.facebook.com/nemat.karimli/posts/4242209519238884
https://www.azadliq.org/a/almaniya-muhacir/31530281.html
https://www.azadliq.org/a/almaniya-muhacir/31530281.html
Digər siyasi fəal, “Müsavat” partiyasının üzvü Malik Rzayev də eyni cinayətə görə (Maddə 234.4.3) ittiham edilir, o da Mütəllim Oruc kimi Almaniyada siyasi fəal olmuş, 2021-ci ildə Almaniyadan deportasiya olunmuş, 25.10.2021-ci il tarixdə Sumqayıt şəhəri, Hacı Zaynalbdin Tağıyev qəsəbəsində polis əməkdaşları tərəfindən həbs edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin qərarıyla M.Rzayevin barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilmişdir. Ailə üzvləri bildirmişlər ki, təxminən 5 gün sonra onun həbs edilməsi barəsində məlumat ala bilmişlər.
M.Rzayev də Almaniyadan deportasiya edildikdən sonra təqribən Mütəllim Orucla eyni prosedurlardan keçmiş, Pandemiya qaranatiyası zamanı və ondan sonra dəfələrlə polisdə təzyiqə və qeyri-insani rəftara məruz qalmışdır. M.Rzayevin də vəkili Nemət Kərimlidir. Aşağıda qeyd olunan linklərdə vəkil N.Kərimli 4 gün aralıqla ictmai məlumat yazır ki, 01 noyabrdan 04 noyabradək heç cürə Malik Rzayevlə görüşməsinə şərait yaradılmamışdır. N.Kərimli daha sonra “Voice of America”-ya verdiyi açıqlamada yalnız 10 noyabrda Malik Rzayevlə görüşdüyünü bildirir və qeyd edir ki, M.Rzayev işgəncə altında ifadə vermiş və ittihama imza atmışdır. Polislər onu döymüş, sonra zorla şpaqat açmaq üçün onun çiyinlərində oturmuşlar. Bundan başqa onu yad cisimlə zorlayacaqlarıyla təhdid etmişlər. M.Rzayev iki dəfə istintaq təcridxanasından Sumqayıt şəhər Polis İdarəsinin Müvəqqəti Saxlama Təcridxanasına qeyri-qanuni olaraq etap edilmiş, bu barədə vəkilə heç bir məlumat verilməmişdir.
https://www.facebook.com/nemat.karimli/posts/4242209519238884
https://www.facebook.com/nemat.karimli/posts/4244156049044231
Göründüyü kimi Azərbaycan siyasi rejimi təkcə ölkə müxalifətinə, jurnalistlərə qarşı deyil, eyni zamanda xaricdən geri dönmüş vətəndaşlara qarşı da siyasi repressiyaları davam etdirir, onlara qarşı təzyiq və işgəncə növlərindən istifadə edilir. Qeyd etməliyik ki, həm Mütəllim Orucov, həm də Malik Rzayev Almaniyada siyasi sığınacaq üçün müraciət etdiklərindən Almaniya hökumətinin, xüsusilə Almaniya Mqirantlar və Qaçqinlar üzrə Fedaral İdarə (BAMF) və Bayreut İnzibati Məhkəməsinin birbaşa məsuliyyəti vardır.
Belə ki, BMT Baş Məclisinin 10 dekabr 1984-cü il tarixli 39/46 saylı qətnaməsi ilə qəbul edilmiş İşgəncələrə və digər Qəddar, Qeyri-İnsani, yaxud Ləyaqəti Alçaldan Davranış və Cəza Növlərinə Qarşı Konvensiyasında aşağdakı müddəalar təsbit edilmişdir.
Maddə 3
1. İştirakçı dövlət hər hansı şəxsi işgəncə veriləcəyini ehtimal etməyə ciddi əsaslar olan başqa bir dövlətə sürgün etməməli, qaytarmamalı və ya təhvil verməməlidir.
2. Səlahiyyətli hakimiyyət orqanları belə əsasların olmasını müəyyən etmək üçün işlə əlaqədar bütün şəraiti, o cümlədən həmin dövlətə insan hüquqlarının kobudcasına, biabırçı və kütləvi surətdə pozulması praktikasının mütəmadiliyini nəzərə alır.
Eyni zamanda insanların beynəlxalq humanizm prinsiplərinə uyğun ittiham edilməsi, onların hər hansı işgəncə və zorakılığa məruz qalmadan mühakimə edilməsi bütün beynəlxalq sənədlərdə təsbir edilib.
BMT Baş Məclisin 16 dekabr 1966-cı il tarixli 2200-cu A (XXI) nömrəli Qətnaməsi ilə qəbul edilmiş Mülkı sə Sıyası Hüquqlar Haqqında Beynəlxalq Paktın 7-ci maddəsi müəyyən edib:
Heç kim işgəncələrə və ya ağır, qeyri-insani və ya onun ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Əsasən də, heç bir şəxs özünün sərbəst razılığı olmadan tibbi və ya elmi təcrubələrə məruz qalmamalıdır.
10 dekabr 1948-ci ildə BMT tərəfindən qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 5-ci maddəsində deyilir:
Heç kim işgəncələrə və yaxud ağır, qeyri-insani və ya onun ləyaqətini alçaldan rəftara və cəzaya məruz qalmamalıdır.
Əsası 4.XII.1950-ci ildə Romada qoyulmuş İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasının 3-cü maddəsi “İşgəncənin qadağsan olunması” adlanır və aşağıdakı kimi ifadə olunur:
Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır.
Bununla yanaşı Birləşmiş Millətlər Təşkilatının cinayətkarlığın qarşısını almaq və qanun pozucuları ilə davranışa dair 1955-ci ildə Cenevrədə keçirilən 1-ci Konqresdə “Məhbuslarla davranışın minimal standart qaydaları“nda konkret olaraq məhbuslara və saxlanılan şəxslərə qarşı işgəncənin tətbiq edilməməsini nəzərdə tutur.
Xatırlatmaq istərdik ki, 1991-ci ildə Azərbaycan müstəqil dövlət olduqdan sonra yuxarıda qeyd olunan bütün sənədlərə qoşulmuş və bu kimi sənədləri ratifikasiya edərək öz üzərinə öhdəlik götürmüşdür. Xüsusilə BMT-nin və Avropa Şurasinin “Işgəncələrə və Digər Qəddar, Qeyri-Insani, Yaxud Ləyaqəti Alçaldan Davraniş Və Cəza Növlərinə Qarşı” Konvensiyalari Azərbaycanda ratfikasiya olunmuşdur. Eyni zamanda BMT müvafiq Konvensiyasının Milli Preventiv Mexanizmlərlə bağlı əlavə protokolu ratifikasiya olnumuşdur.
Azərbaycan Respublikasında işgəncələrlə bağlı xüsusi qanunvericilik olmasa da, həm ölkə Konstitusiyasında, həm də digər aktlarda işgəncə və digər qeyri-insani rəftarın qadağan edilməsi nəzərdə tutulur:
AZƏRBAYCAN KONSTİTUSİYASI:
- Hər bir şəxs öz şərəf və ləyaqət hissini qorumaq hüquqi vardır.
- Şəxsiyyətin ləyaqət hissi dövlət tərəfindən qorunmalı. Heç bir halda şəxsiyyətin ləyaqəti alçaldıla bilməz.
- Heş kəsə işgəncə və əzab verilə bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz.
AZƏRBAYCAN RESPUBLİKASININ CİNAYƏT MƏCƏLLƏSİ
Maddə 9. Humanizm prinsipi
9.2. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz.
Maddə 113. İşgəncə
Tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərə fiziki ağrılar və ya psixi iztirablar vermə yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 133. Əzab vermə
133.1. Bu Məcəllənin 126 (Qəsdən sağlamlığa ağır zərər vurma) və 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
133.2.6. İşgəncə verməklə törədildikdə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır
Maddə293. İşgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza
293.1. Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən şəxsi qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qoyma, həmin əməldə bu Məcəllənin 293.2-ci maddəsində nəzərdə tutulmuş işgəncə əməlinin əlamətləri olmadıqda – dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
293.2. Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
293.3. Eyni əməllər sağlamlığa ağır və ya az ağır zərər vurmaqla törədildikdə – altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu maddədə, habelə bu Məcəllənin digər maddələrində “işgəncə” dedikdə şəxsin özündən və ya digər şəxsdən məlumat və ya etiraf almaq, yaxud onu və ya digər şəxsi qorxutmaq, özünün və ya digər şəxsin törətdiyi və ya törədilməsində şübhəli bilindiyi əmələ görə cəzalandırmaq, iradəsi əleyhinə hər hansı əməli törətməyə məcbur etmək məqsədilə və ya ayrı-seçkiliyə əsaslanan hər hansı səbəbdən ona güclü fiziki ağrı və ya psixi iztirablar vermə başa düşülür.
Əlavə olaraq “Polis Haqqında “ Azərbaycan Respublikasının qanunun 5-ci maddəsi “İnsan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində polisin fəaliyyəti”ni nəzərdə tutur. Həmin maddənin aşağıdakı bəndi polisin insan ləyaqətini alçaldan rəftarını qadağan edir.
II. Polisin hər hansı şəxslə insanın ləyaqətini alçaldan şəkildə rəftar etməsi yolverilməzdir. Cinayət törədən və ya törətməkdə şübhələnilən şəxsləri məlumat verməyə və ya cinayət əməlini törətməkdə təqsirini etiraf etməyə məcbur etmək, bu məqsədlə onları və digər şəxsləri hədələmək, işgəncəyə məruz qoymaq, onlara hər hansı fiziki və ya mənəvi təsir göstərmək qadağandır.
Yuxarıda qeyd olunan bütün hüquqi müddalar həm Malik Rzayevə, həm də Mütəllim Oruca qarşı münasibətdə tutulub. Hər iki şəxsə qarşı saxta ittihamı təsdiq etmək və etirafedici ifadə almaq məqsədilə işgəncə, qəddar və digər ləyaqəti alçaldan tətbiq edilib. Eyni zamanda onların vaxtında vəkillə təmin olunması və vəkillə sərbəst şəkildə görüşünə şərait yaradılmayıb. Saxlanılan şəxslərin ailə üzvlərinə onların saxlanması haqqında məlumat verilməyib.
“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş”ə görə xarici ölkələrdə qeyri-müəyyən vəziyyətdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının geri qəbulu prosesinə kompleks yanaşmanın tətbiq edilməsi, readmissiya edilmiş şəxslərin üzləşdikləri çətinlik və problemlərin operativ həll edilməsi nəzərdə tutulmuşdur.
https://migration.gov.az/content/pdf/5da55c6eb0a07_%C3%BCmumi%20m%C9%99lumat.pdf
https://eur-lex.europa.eu/legal-content/EN/TXT/?uri=CELEX%3A22014A0430%2801%29
http://www.europeanmigrationlaw.eu/en/immigration/424-azerbaijan.html
Nəinki Mütəllim Orucova və Malik Rzayev, bu günədək deportasiya edilən heç bir Azərbaycan vətənndaşı reinteqrasiya prosesinə cəlb edilməmiş, onların hamısı 14 günlük pandemiya karantinindən sonra taleyin ümidinə buraxılmışlar.
Anlaşılan odur ki, Almaniyaya siyasi sığınacaq üçün müractət etmiş şəxslərin işləri Almaniya Almaniya Mqirantlar və Qaçqinlar üzrə Fedaral İdarə (BAMF) tərəfindən hərtərəfli və obyektiv araşdırılmır. İnzibati Məhkəmələr isə həmin şəxslərin təhlükəsizlik vəziyyətini ciddiyə almır və daha çox BAMF-ın verdiyi qəraraların təsdiq olunmasına üstünlük verilir. Burada digər məqam ondan ibarətdir ki, Almaniya Xarici İşlər Nazirliyi vasitəsilə araşdırılan şəxs (bu barədə məhkəmədən sonra hər bir miqranta məktub gəlir) kimlərdənsə soruşulur. Almaniyanın Azərbaycandakı Səfirliyi ilə əməkdaşlıq edən həmin vəkil, hüquq müdafiəçisi, jurnalistlər həm də Azərbaycan Dövlət Təhlükəsizlik Orqanlarına məlumat vermələri ehtimalı vardır. Buna görə də çox da məşhur olmayan siyasi mühacirlər haqqında Almaniya hökumətinə həm yanlış məlumat verilir, həm də onlar haqqında məlumat Azərbaycan Təhlükəsizlik xidmətinə ötürülür.
Əlavə olaraq qeyd edək ki, bu gün siyasi mühacirlərin çoxu rədd cavabı aldığından və Azərbaycana həbs ediləcəkləri təqdirdə həbs olunacaqları və işgəncə alacaqları ehtimalını nəzərə alaraq onlar, yenidən başqa ölkələrə siginmağa məcbur olurlar.
Hörmətli həmkarlar!
Bütün yuxarıda qeyd olunanları nəzərə almağnızı və Malik Rzayevlə Mütəllim Orucun azad edilməsi üçün müvafiq tədbirlərin görülməsi zəruridir:
- Azərbaycan hakimiyyətindən tələb edilsin ki, Readmissiya haqqında sazişin prisiplərinə əməl etsin;
- “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” sazişə cavabdeh olan Azərbaycan və Almaniya rəsmi orqanları Sazişin tələblərinə hörmət edilməsi və onun prinsiplərinə əməl olunması üçün müvafiq tədbirlər görsün;
- Almaniyanın Dövlət qurumları, Xüsusilə Almaninin Xarici İşlər Nazirliyi, Almaniya Mqirantlar və Qaçqinlar üzrə Fedaral İdarə (BAMF) və Almaniyanın Azərbaycandakı səfirliyinin „siyasi miqratnlarla bağlı” əməkdaşliq etdiyi mənəblərin, xüsusilə şəxslərin Azərbaycan hökümətitlə əlaqələrinin olub olmamasını diqqətdən keçirilsin;
- Almaniyanin Prokurorluq orqanlarına bildirilsin ki, „Almaniyanin Miqrasiya Siyasətində“ Kuru diplomatiyasının şübhəli məqamalarını nəzərə alaraq araşdırma aparsınlar;
- Beynəlxalq hüquqi normativ sənədlərə əməl olunması üçün Alman hakimiyyəti Azərbaycan dövlət orqanlarından hər iki şəxsin azad olunması üçün müvafiq tələblər irəli sürsün;
- Hər iki şəxsə qarçşı işgəncə, qəddar və digər qeyri-insani rəftara son qoyulsun;
- Malik Rzayevin və Mütəllim Orucovun azad edilməsi üçün beynəlxalq səviyyədə müvafiq tədbirlər görülsün;
- Baş vermiş hadisə beynəlxalq hüquqi normlarin pozuluduguna görə Almaniyanın məsul qurumları – BAMF və Xarici İşlər Nazirliyi məsələyə rəsmi münasibət bildrsin.
- Beynəlxalq təşkialtlardan xahiş olunur ki, baş vermiş hüquq pozuntunsunu diqqətdə saxlasın, zərərçəkənlərin azad olunması, müdafiə olunması üçün müvafiq təşəbbüslər göstərilsin.