Almaniyadan Azərbaycana deportasiya edilmiş və Azərbaycanda həbs edilmiş Ziya İbrahimov barəsində məlumat.

Qeyd edək ki, Ziya İbraimov 6-cı siyasi mühacirdir ki, Almaniyadan Azərbaycana deportasiya edildikdən sonra orada həbs edilimişlər. Ondan əvvəl eyni aqibəti yaşamış Pünhan Kərimli, Cəfər Mirzəyev, Mütəllim Orucov, Malik Rzayev və Samir Aşurov da saxta ittihamlarla həbs edilmişlər. Hətta Pünhan Kərimli barəsində məhkəmə 6 il azadlıqdan məhrum etmə qərarını qəbul etmişdir.   Bununla yanaşı 2022-ci ilin iyul ayının 28-də deportasiya edilmiş Emin Məlikov, o cümlədən Anar Əliyev də həbs edilmişlər. Qeyd edək ki, barələrində cinayət işi açılaraq Azərbaycanda həbs edilən 8 nəfərdən 7-nin siyasi sığınacaq istəyinə Almaniya Miqrasiya İdarəsi və İnzibati Məhkəmələri (Verwaltungs Gericht) rədd cavabı vermişlər ki, onları öz ölkələrində həbs təhlükəsi gözləmir.

Deportasiya edilən siyasi mühacirlərin siyasi aktivliyi, sosial şəbəkələrdə Azərbaycan siyasi rejimi haqqında olan statusları, rəyləri, paylaşdığı plakat və fotoşəkillər, eyni zamanda insan hüquqları pozuntularına qarşı keçirilən mitinqlərdə və kütləvi aksiyalarda etdikləri çıxışlar, həmin şəxslərin də yer aldığı videogörüntülər onu deməyə tam və ciddi şəkildə əsas verir ki, həmin şəxslər siyasi baxışlarına görə həbs edilmişlər.

Ziya İbrahimov, 01.04 .1972. Azərbaycan, Biləsuvar rayonu Zəhmətabad kəndi.

Almaniyada yaşadığı ünvan:  Finther Landstraße 23, 55124 Mainz

23.04.2018 ci ildə Almaniyada  siyasi sığınacaq üçün müraciət edib. 1990-cı ildən Azərbacyan Xalq Cəhbəsi partiyasinin  üzvüdür.  Siyasi fəaliyyəti dövründə daim təqib və təzyiqlərə məruz qalmışdır. Almaniyada mühacirətdə olduğu vaxtda daim siyasi aksiyalarda iştirkak etmiş, siyasi rejim əleyhinə sosial şəbəkələrdə tənqidi mövqe sərgiləmişdir.  Bundan başqa Almaniyada Azərbaycanlı  siyasi mühacirlər tərəfindən yaranan ən böyük DAS ( Wähle das Demokratische Aserbaidschan)  təşkilatının Rheinland-pfalz əyalətinin rəhbəri olmuşdur. Azərbaycandakı diktatura rejiminə qarşı  5 etiraz aksiyasının təşkilatçısı olmuşdur. Mitinqlərdə daim çıxış etmiş, Azərbaycandakı korrupsion rejimi tənqid etmişdir. Eyni zamanda siyasi məhbusların azad edilməsi istiqamətində çıxışlar etmişdir.

DAS təşkilatının üzvü Ziya İbraimov təqribən 4 il ərzində Almaniyada yaşamış və onun siyasi sığınacaq istəyinə BAMF və Trier Verwaltungs Gericht rədd cavabı vermişdir. 19 may 2022-ci ildə isə o, Azərbaycana deportasiya edilmiş və elə həmin gün Aeroportda saxlanılaraq inzibatin qaydada (30 gün) həbs edilmişdir. Həbs edildiyi gündən onun hansı şəraitdə dindirilməsi, vəkillə təmin edilib-edilməməsi barəsində heç bir məlumat verilməmişdir. Ailə üzvləri təzyiq altında olduğundan hüquq müdafiəçilərilə, jurnalistlərlə və ictimai maraqları müdafiə edən şəxslərlə görüşməkdən çəkinmişlər. 22 iyul 2022-ci il tarixdə   Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun qərarı ilə Ziya İbrahimli barəsində AR CM-nin  306. Maddəsilə (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) cinayət işi açılmış və barəsində 2 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bu barədə məlumatı onun vəkili ictimailəşdirmişdir. https://www.facebook.com/permalink.php?story_fbid=5572151206157092&id=100000868041420

İşin siyasi tərəfi ondan ibarətdir ki, guya Azərbaycanda olarkən Z.İbrahimovun aliment öhdəliyi olub və onu ödəməyib. Həm Azərbaycanda yaşayarkən, həm də Almaniyada mühacirətdə olarkən rejimə qarşı müxalif mövqeyi onun həbsini stimullaşdırmışdır. Bu cinayət işi üzrə iş məhkəməyə gedərsə Z.İbrahimovu üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Z.İbrahimovun Almaniyada olarkən bəzi statuslarını və sosial şəbəkə hesabını təqdim edirik ki, rejimin onu niyə həbs etməsi sualına cavab tapa bilək:

https://www.facebook.com/ziya.ibrahimov.9693

https://www.facebook.com/ziya.ibrahimov.9693/posts/pfbid02FfQWvmBpQLrxBHCGyWm7crdN69dD4SJmFmYjc446Bv9JpBMsUCpSvaCPXnUKKwrYl

https://www.facebook.com/elbeyidadashov/posts/pfbid0WrjTdWoDmtPNMWrXGkmm2HnXLj8wPR4sBxb7WAUSSBP4DTsn964DYEEhvAZxwks7l

Qeyd etmək istərdik ki, Ziya İbrshimov və digər “mühacir-məhbusların” həbsi həm də birbaşa Almaniya dövləti üzərində məsuliyyət müəyyən edir.

Belə ki, BMT Baş Məclisinin 10 dekabr 1984-cü il tarixli 39/46 saylı qətnaməsi ilə qəbul edilmiş İşgəncələrə və digər Qəddar, Qeyri-İnsani, yaxud Ləyaqəti Alçaldan Davranış və Cəza Növlərinə Qarşı Konvensiyasında aşağdakı müddəalar təsbit edilmişdir.

Maddə 3

  1. İştirakçı dövlət hər hansı şəxsi işgəncə veriləcəyini ehtimal etməyə ciddi əsaslar olan başqa bir dövlətə sürgün etməməli, qaytarmamalı və ya təhvil verməməlidir.
  2. Səlahiyyətli hakimiyyət orqanları belə əsasların olmasını müəyyən etmək üçün işlə əlaqədar bütün şəraiti, o cümlədən həmin dövlətə insan hüquqlarının kobudcasına, biabırçı və kütləvi surətdə pozulması praktikasının mütəmadiliyini nəzərə alır.

Ziya İbrahimov və onun kimi Azərbaycandan qaçaraq Almaniyada sığınacaq almaq istəyən, həm də burada siyasi fəaliyyətini davam etdirən insanların geri göndərilməsi isə bu gün acı nəticələr verməkdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.