Azı 20 ölkədə rəsmilər internet çıxışı əngəlləyib, 21 ölkə isə sosial media platformalarına çıxışı bağlayıb

Bu il 41 ölkədə internet istifadəçiləri onlayn fəaliyyətə görə fiziki hücumlara məruz qalıblar. 2021-ci ilin yanvarında Azərbaycanda polis bir istifadəçinin evinə gedir və özünü məşğulluq idarəsinin təmsilçisi kimi təqdim edərək onu evindən çıxmağa sövq edir. Həmin istifadəçi döyülür, saxlanır, yerli məmurları tənqid etdiyi Facebook postlarına görə üzr istəməyə vadar edilir. Bu haqda ABŞ-da yerləşən “Freedom House” insan haqları təşkilatı sentyabrın 21-də açıqlanmış “İnternet Azadlığı 2021” hesabatında yazır.

Hesabat dünyanın 6 regionunda 70 ölkəni əhatələyir.

Azərbaycan və qonşuları

Azərbaycan 35 balla interneti azad olmayan ölkələr sırasındadı. Bu sıralamaya 0-39 bal yığan ölkələr salınıb. Azərbaycanla yanaşı Qazaxıstan (33), Belarus (31), Rusiya (31), İran (16) da interneti azad olmayan ölkələrdir.

Gürcüstan 77, Ermənistan isə 71 balla interneti azad ölkələr hesab olunub.

Ukrayna (62), Qırğızıstan (53) interneti qismən azad ölkələrdir.

Azərbaycan daha öncəki hesabatlarda da interneti qeyri-azad ölkə hesab olunub. Ancaq hakimiyyət təmsilçiləri internetin azad olmaması fikirlərini qəbul etmirlər. Ölkədə bütün təməl hüquq və azadlıqların tam təmin olunduğu bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.