DAS Azərbaycanda baş verən kriminal hallarını pisləyir.

 

Azərbaycanda insan hüquqlarının kütləvi şəkildə pozulması, siyasi–müxalif mövqedə olan insanların təqibi və polis tərəfindən təqibə məruz qalması davam edir.

20 may 2022-ci il tarixdə Müsəlman Birliyi Hərəkatının üzvləri Mail Kərimov və Süleyman Ələkbərov Ağır Cinayətlər Məhkəməsinin önünə toplaşdıqlarına görə polislər tərəfindən saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıblar. Hər iki şəxs azad edildikdən sonra mətbuata bildiriblər ki, onlar Polis İdarəsində və təhdidlərə məruz qalıblar. Sosial şəbəkələrə və mətbuata hər iki şəxsin verdiyi məlumata görə onlar Baş İdarədə polis əməkdaşları tərəfindən döyülmüş və təhqirə məruz qalmışlar.

Qeyd etmək lazımdır ki, Azərbaycanda oxşar hadisələr davm etməkdədir. 01 dekabr 2021-ci ildə „Müsavat“ partiyasının üzvü Tofiq Yaqublunun nümayişkaranə şəkildə döyülməsi, ictimaiyyətçi Bəxtiyar Hacıyevin 21 aprel 2022-ci ildə təhqir və təhdit edilməsi, zorlanmaq və öldürülməklə hədələnməsi, jurnalist Aytən Məmmədovanın 8 may 2022-ci il tarixdə yenə də təhdit edilməsi onu göstərir ki, Azərbaycanda bir qrup şəxs hökumətin güc strukturlarının dəstəyindən istafadə edərək kriminal addımları davam etdirirlər. Polis orqanlarının bu hallara seyrçi qalması onu deməyə əsas verir ki, hakimiyyət dolayı formada bu tipli kriminal halları dəstəkləyir.

DAS (Demokratik Azərbaycanı Seç) təşkilatı olaraq bildiririk ki, baş verən olaylar kobud şəkildə insan hüquqları pozuntusudur. Azərbaycan Konstitusiyasına və beynəlxalq qanunvericilikdə nəzərdə tutulduğunun əksinə olaraq dövlətin vətəndaşı müdafiə etmək gücündə olmadığını (müdafiə etmək istəmədiyini) göstərir. Bu isə vətəndaşlarda hökumət orqanlarına qarşı inamsızlıq yaradır, eyni zamanda ölkədə vətəndaşların təhlükəsiz yaşamaq inamını sarsıdır.

 

DAS Mətbuat Xidməti

27.05.2022

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.