Almamiyanın məşhur Züddöyçe Saytunq qəzeti İlham Əliyevin apardığı siyasətlə bağlı çox maraqlı yazı dərc edib.
Yazıda onun avtokrat lider kimi özünü tanıtması, ölkə içində zorla, xaricdə isə “kürü diplomatiyası” yolu ilə problemləri həll etməyə çalışması ətraflı göstərilir.

İlham Əliyev-
kürü diplomatiyası ilə tanınan avtokrat.
İlham Əliyev təxminən 18 ildir ki, hakimiyyətdədir. Bir neçə il əvvəl isə ABŞ-ın Bakıdakı səfirliyindən Wikileaks vasitəsilə məxfi bir mesaj ictimaiyyətə çatdırıldı. Mesajda İlham Əliyev barədə belə qeyd edilmişdi: zahirən o sadəcə Maykl Karleone, daxildən isə Soni idi.
Frensis Ford Koppolanın “Xaç atası” filmindəki güclü mafiya bossunun oğulları ilə müqayisə xoşagəlməz, lakin məntiqlidir. Maykl Karleone, mafiya üzvü olan iki qardaş arasında daha xarizmatik, dəqiq, daha ağıllı olanıdır – Əliyev xarici siyasət məsələlərində belə davranır. Əliyev elə əvvəldən fırıldaqçı sayılırdı, indi isə o, korrupsiyayalaşmış hakim bir sülalənin şəriksiz lideridir.
İlham Əliyev hələ çoxdan faktiki olaraq sonsuza qədər hakimiyyətdə qalmaq üçün Azərbaycan konstitusiyasını dəyişdirib. Seçkiləri yalnız manipulyasiya ilə əldə edilə biləcək qədər absurd nəticələrlə qazanır. Müxaliflər, tənqidçilər və insan haqları fəalları onun rejimi daxilində həbs olunublar. İngilis dilini yaxşı bilən və dini məsələlərdə daha liberal bir müsəlman dövlət başçısı sayılan Əliyev həmişə bu məsələdən yayınmağı bacarır.
Kürü diplomatiyası ustası,
məsələn, o, Eurovision Mahnı Müsabiqəsini bu il Avropa Futbol Çempionatının oyunlarının da keçiriləcəyi göz qamaşdıran paytaxt Bakıya gətirib. Onun rejimi sözün əsl mənasında insan haqları pozuntuları və saxta seçkilərə qarşı tənqidləri kiloqramlarla bahalı kürü vasitəsilə ört-basdır etməyi bacarıb.
Azərbaycan lobbiçiləri xüsusilə Avropa Şurasında bahalı hədiyyələr və dəvətnamələrlə uğur qazanırdılar. Plenar iclasda siyasi məhbuslarla bağlı tənqidi hesabat rədd edildi və Avropa Şurası müşahidəçiləri də Azərbaycan seçkilərini nəzərəçarpacaq dərəcədə müsbət rəylə qiymətləndirdilər. Kürü diplomatiyasından başqa, Azərbaycanın neft və qaz sərvəti, Qərb hökumətlərinin xammaldakı maraqları Azərbaycandakı daxili siyasi vəziyyətdən daha vacib olduğu üçün, Əliyevə başqa bir şəkildə kömək edir. Əliyev imperatorluğu ilə işgüzar əlaqələr quran Alman Bundestaqının deputatları ilə bağlı son açıqlamalar indi onun təsirinin nə qədər uzandığını göstərir.
59 yaşlı İlham Əliyev prezidentliyi 2003-cü ildə atası Heydər Əliyevdən almışdı. Ata Heydər Əliyev Sovet Azərbaycanında KGB gizli xidmətinin rəhbəri, o zaman Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbəri və beləliklə Bakının ən güclü adamı olmuşdu . 1993-cü ildə müstəqil Azərbaycanda keçirilən prezident seçkilərində qalib gəlib; bir neçə muzey, hava limanı, dağ və medal onun adına həsr edilib.

Oğlu əvvəlcə qumar aludəsi sayılırdı. Atası isə hələ o vaxtlar onu dövlətin başında, partiyada və güclü dövlət neft şirkəti Socar-da müavin təyin etmişdi. Ancaq Moskvada tarix və beynəlxalq münasibətlər üzrə təhsil alan İlham Əliyevdə lazımi nizam-intizam və siyasi istedad yox idi. Atası 1997-ci ildə bütün qumarxanaları bağladıqda oğlunun asılılığını nəzarət altına almaq istədiyi barədə şayiələr yayılmışdı. İndilərdə isə İlham Əliyev özü ailəni patriarx kimi qoruyur. 2017-ci ildə iki qızı və bir oğlu olduğu həyat yoldaşı Mehriban Əliyevanı birinci vitse-prezident təyin edib.
Keçən il atasının heç vaxt əldə edə bilmədiklərinə də nail oldu. Azərbaycan qoşunları ermənilərin nəzarətində olan Dağlıq Qarabağın bir hissəsini geri aldı. Dağlıq Qarabağ müharibəsi demək olar ki, Karleone nümunəsini tərs çevirdi: bu, ölkə daxili üçün dəqiq hesablanmış bir siyasət, xaricdən isə bir risk idi. Oyunçu Əliyevin bəxti gətirdi.

https://www.azadliq.info/242355.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.