Milli Şuranın sədri, professor Cəmil Həsənli
Ötən həftə bir proqqramda çıxış edərkən mitinq müzakirələri ilə bağlı sualı cavablandırarkən dedim ki, narazılıq böyükdür, mitinq müzakirələri ciddiləşsə bu yaxınlarda biz Covid-19-a yoluxanların sayında “artım” müşahidə edəcəyik. Bü gün artıq məlumat yayılıb ki, Azərbaycanda koronavirusa yoluxanların sayında artım var. Əliyev rejimi özünü və ailə hakimiyyətini qoruyub saxlamaq üçün Pandemiyadan siyasi məqsədlər üçün, xalqın konstitusiyada təsbiet edilmiş fundamental hüquqularını qadağan etmək üçün istifadə edir.
Global bioloji böhrandan İlham Əliyev siyasi müxalifəti əzmək, öz əleyhdarlarını susdurmaq, virusu yaymaq adı altında saxta ittihamla kütləvi həbslər həyata keçirir. Bu gün Səbayel rayon məhkəməsində 16 nəfəri AXCP, 2 nəfəri MBH, 1 nəfəri DRH üzvü, 17 nəfəri bitərəf olmaqla 37 nəfərin üzərində başlanan 1937-ci il məhkəməsi bunun aydın təzahürüdür.
Virus daşıyıcısı olmayan müxalifətçilər virusu yaymaq ittihamı ilə həbs edilmişdilər. Bunlar hamısı İlham Əliyev və onun korrupsiya rejiminin pandemiyadan siyasi azadlıqlara, öz əlehdarlarına, müxalifətə və vətəndaş cəmiyyətinə qarşı istifadə cəhdidir. Bir sözlə, Covid-19 bunlar üçün göydəndüşmə olub.