Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) tərəfdarı, hazırda həbsdə olan Laçın Vəliyev deyir ki, partiyanın Rəyasət Heyətinin üzvü Bəxtiyar İmanovun əleyhinə ifadə vermədiyinə görə şərlənib.

Bu barədə o, aprelin 14-də AXCP Rəyasət Heyətinin 4 üzvü – Fuad Qəhrəmanlı, Ayaz Məhərrəmli, Bəxtiyar İmanov, Məmməd İbrahim və daha 8 nəfərin məhkəməsində şahid qismində dindirilərkən danışıb.

Adları çəkilən AXCP funksionerləri də daxil olmaqla, 36 nəfər 2020-ci il iyulun 15-də Bakıda keçirilmiş orduya dəstək yürüşündə baş verənlərə (bir qrup şəxsin Milli Məclisin binasına daxil olması, polis maşınlarının aşırılması və s.) görə mühakimə olunur.

Bu iş üç qrupa bölünüb və hər qrupda 12 nəfərin işinə baxılır. Bu işlərə Səbail Rayon Məhkəməsinin sədri və hakimləri baxır.

Laçın Vəliyev ifadəsində bildirib ki, Ramana qəsəbəsində Bəxtiyar İmanovla eyni məhəllədə yaşayırlar. İyulda keçirilən yürüşdə 10 yaşlı uşağı ilə birlikdə iştirak edib. Vəliyev deyir ki, gecə saat 23.00 radələrinə qədər yürüşdə olub, sonra evinə qayıdıb.

https://www.azadliq.info/242850.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.