Prezident polisə və təhlükəsizlik qüvvələrinə itaətsizliyə görə cərimələri ciddi şəkildə artıran qanunu da imzalayıb

Rusiya Prezidenti Vladimir Putin qalmaqallı “xarici agent” qanununu pozanlar üçün cərimələri imzalayıb. Prezident etirazlarla bağlı qanunvericiliyə də imza atıb, bu sıraya yürüşlərin maliyyələşdirilməsi, hüquq-mühafizə orqanlarına itaətsizliyə görə cərimələr daxildir.

Putinin fevralın 24-də imzaladığı qanunlara görə, “xarici agentlər” barədə, yaxud onların statusunu bildirmədən materiallarını yaymağa görə fərdlər üçün 2 min 500 rubl ($33.5), qurumlar üçün 500 min rubl ($6,720) cərimə tətbiq oluna bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.